2014-cü ilin Lech Valesa mükafatı Avromaydana verilib. 2014-cü ilin Lech Valesa mükafatı Avromaydana verilib.

Lech Valesa mükafatı Avromaydana verildi

2014-cü ilin Lech Valesa mükafatı Avromaydana verilib.



AzNews.az xəbər verir ki, Ukraynanın avropapərəst hərəkatı adından bu mükafatı Qdanskda Kiyevin meri Vitali Kliçko alıb.

Polşanın keçmiş prezidenti, vaxtilə xalq hərəkatının lideri, 1983-cü ildə Nobel sülh mükafatı laureatı Valesa adına mükafat 2008-ci ildən dünyada demokratiya və insan haqları uğrunda mübarizəyə dəstək kimi verilir.
Mükafatın məbləği 100 min dollardır.

Mükafatı təqdim edən Valesa deyib ki, bu ilki mükafat Avromaydanın, ukraynalıların Avropa arzularının qiymətləndirilməsidir.

Bu mükafatı əvvəlki illərdə alanlar arasında rusiyalı iş adamı Xodorkovski və belaruslu insan haqları müdafiəçisi Byalyatski və başqaları var.

AzNews.az