Yüzlərlə gənc qız islamçılara görə qərb ölkələrini tərk edərək Yaxın Şərqə gedirlər. Yüzlərlə gənc qız islamçılara görə qərb ölkələrini tərk edərək Yaxın Şərqə gedirlər.

Avropalı qızlar islamçılara görə Suriyaya gedir

Yüzlərlə gənc qız islamçılara görə qərb ölkələrini tərk edərək Yaxın Şərqə gedirlər.



AzNews.az "The Guardian" qəzetinə istinadən xəbər verir ki, qızlardan bəzilərinin yaşı 14-15-dir. Onlar əsasən Suriyaya gedirlər. Burada onlar cihadçılara ərə gedir, hətta onlar üçün də uşaq dünyaya gətirirlər. Qərbdən olan gənc qızların böyük hissəsi silaha da əl atırlar.

Ehtimal olunur ki, Avropa, Şimali Amerika və Avstraliyanı islamçı qruplaşmalar (o cümlədən "İslam Dövləti") üçün tərk edən gənc qızların payı 10 % təşkil edir.
Qeyd edək ki, cihadçı qadınlar daha çox Fransada qeydə alınıb. Əldə olunan məlumatlara görə, 63 fransalı qadın artıq Yaxın Şərqdədir. 60 nəfərdən çoxu isə belə bir variantı nəzərdən keçirir.

Britaniya ekspertləri ehtimal edir ki, Birləşmiş Krallıqdan təxminən 50 nəfər gənc qadın "İslam Dövləti"nə qoşulub. ABŞ-dan Suriyaya "İslam Dövləti" terrorçularına qoşulmaq üçün gedən qadınlar barədə məlumatı Amerika xüsusi xidməti "The Guardian" qəzetinə təqdim etməyib.

Qəzet, həmçinin Avstriya və Almaniyadan olan gənc cihadçı qızların da olduğunu misal göstərir.


Aydan Axundova
AzNews.az