19:56
(077) 610-22-33

Çində Yaponiya əleyhinə aksiyalar böyüyür

  • >
706 17 Sentyabr 2012 14:09 | Dünya

Yapon şirkətlərinə, restoranlarına, maşınlarına od vurulur



Çinlə Yaponiya arasında mübahisəli adalar uğrunda gərginlik böyüməkdə davam edir. AzNews.az-ın newsru.com saytına istinadən verdiyi xəbərə görə, artıq Çində Yaponiya əleyhinə keçirilən aksiyalar 85 şəhərə yayılıb. Əksər hallarda aksiyalar dinc məcradan çıxır və aksiyaçılar Yaponiya ilə az-çox əlaqəsi olan hər şeyi yandırırlar. Verilən məlumata görə, aksiyaçılar yapon restoranlarının pəncərələrini sındırır, bu ölkənin istehsalı olan avtomobilləri sıradan çıxarır, bayraqlara isə od vururlar. Artıq vəziyyət o yerə çatıb ki, Yaponiyanın Çindəki səfiri Uitiro Nava Çin hökumətini aksiyaların qarşısını almaq üçün lazımi tədbirlər görməyə çağırıb. Bundan əlavə, Yaponiyanın baş naziri Yosixiko Noda da Çin hökumətindən yapon kompaniyalarına və vətəndaşlarına qarşı zorakılığı dayandırmağa və lazımi təhlükəsizlik tədbirləri görməyi tələb edib .

Çin hökuməti isə zorakılıqları dayandırmaq əvəzinə Yaponiyanın milliləşdirmək istədiyi Senakaku adalarına gəmilər göndərib. Ehtimal edilir ki, mülki qisimdə göndərilən gəmilərdə əslində hərbiçilər və hərbi dəniz qüvvələrinin əsgərləri ola və tərəflər arasında qarşıdurma yaşana bilər.

Rusiyalı hərbi ekspertlər isə vəziyyətin bu həddə çatmasından narahatlıq ifadə edirlər. Onlar hesab edirlər ki, hadisələrin belə bir miqyas alması Cənub Şərqi Asiya regionuna yaxşı heç nə vəd etmir. Bundan əlavə Rusiya Cənub Şərq sərhədlərində yeni gərgin hərbi zonanın yaranmasından ehtiyatlanır. Nəzərə alsaq ki, Rusiya Şimali Qafqazda baş verən terror aktlarının qarşısını almaqda acizdir, o zaman narahatçılığı anlamaq o qədər də çətin deyil.

Sadiq
AzNews.az
Bağla X