ABŞ-a məxsus 2 təyyarədə bomba həyəcanı

Amerikanın iki sərnişin təyyarəsi Nyu-Yorkda məcburi eniş edib. Səbəb təyyarələrdə bomba partlayışı olacağına dair telefon zəngi olub.

Aznews.az-ın "Reuters"ə istinadən veridiyi məlumata görə, naməlum şəxs telefonla zəng edərək "Amerikan Airlaynz" və "Finneyr" şirkətlərinə məxsus təyyarələrdə terrorçuların gizləndiyi və hava laynerini partlatmağa hazırlaşdıqlarını bildirb.

Xüsusi xidmətin əməkdaşları təyyarələrdə axtarış aparıb, ancaq partlayıcı maddə tapılmayıb.

E.Əlosmanqızı
AzNews.az