05:17
(077) 610-22-33

Əfqanıstandakı ABŞ hərbi komandanlığından yeni qərar

  • >
600 18 Sentyabr 2012 13:16 | Dünya

Əfqan polisi və hərbiçiləri ilə birgə keçirilən əməliyyatlar dayandırılacaq



Son zamanlar əfqan polislərin və hərbiçilərin NATO əsgərlərinə hücumu ilə bağlı bu ölkədəki ABŞ hərbi komandanlığı yeni qərar qəbul edib. AzNews.az-ın lenta.ru saytına istinadən verdiyi xəbərə görə, yeni qərara əsasən birgə keçiriləcək əməliyyatlar məhdudlaşdırılacaq. Bu qərar Əfqanıstanda xidmət aparan bütün koalisiya qüvvələrinin heyətinə aiddir.

Əfqanıstandakı hərbi komandanlığın rəhbəri Con Allen bu cür qərar qəbul etmək məcburiyyətində olduqlarını deyib və əlavə edib ki, yerli qüvvələrlə birgə həyata keçirilən əməliyyatlarda problemlər yaranır.

Qeyd edək ki, yalnız 2012-ci ildə yerli polis və hərbiçilər 50-dən artıq koalisya əsgərini qətlə yetirib. Sonuncu hadisə zamanı isə əfqan polisi Qilmend vilayətində 2 Britaniya əsgərini öldürmüşdü.

Sadiq
AzNews.az
Bağla X