17:10
(077) 610-22-33

Pentaqon şefi Çində

  • >
550 18 Sentyabr 2012 14:41 | Dünya

Səfər iki ölkə arasındakı gərginlik fonunda baş tutur



Çinin Müdafiə naziri Lianq Guanqlie ölkəsində səfərdə olan Amerikalı həmkarı Leon Panetta ilə görüşüb.

AzNews.az-ın xinhuanet.com saytına istinadən verdiyi xəbərə görə, Çinin Müdafiə naziri ümidvar olduğunu bildirib ki, bu səfər ikitərəfli münasibətlərə müsbət təsir göstərəcək və ABŞ, Çini və onun silahlı qüvvələrinin narahatlığını başa düşəcək. Panetta da vurğulayıb ki, ABŞ Çinlə sağlam, stabil, etibarlı münasibətlərdə maraqlıdır.

Qeyd edək ki, Pentaqon şefinin səfəri Çinlə Yaponiya arasında adalarla bağlı gərginlik fonunda gerçəkləşir. Bundan əlavə, ABŞ-ın Yaponiyada Havadan Müdafiə Sistemləri yerləşdirməsi də tərəflər arasında əlavə gərginlik yaradan mövzulardandır.

Çinin son zamanlar iri hərbi təlimlər keçirməsi də bu narahatlıqdan irəli gələn amil kimi qiymətləndirilir. Nəzərinizə çatdıraq ki, Panetta bir çox çin rəsmiləri də rəsmi görüşlər keçirəcək.

Sadiq
AzNews.az
Bağla X