12:06
(077) 610-22-33

Senator Con Makkeyn: “Əsəd gedəcək, sadəcə təzyiq artırılmalıdır”

  • >
439 18 Sentyabr 2012 16:24 | Dünya

ABŞ konqresinin senatoru Con Makkeyn Türkiyə mətbuatına müsahibə verib. Əsasən Suriya problemindən danışan Makeyn bildirib: "Əsəd hakimiyyətdən gedəcək. Sadəcə Əsədə qarşı təzyiqlər hakimiyyətdən gedəcək qədər güclü olmadığına görə o, birinci şəxs kürsüsündə duruş gətirə bilir.

Düzdür Azad Suriya Ordusu Əsədə qarşı müəyyən uğurlar qazanıb. Ancaq Əsəd də yerində durmayıb. İrandan, Hizbullahdan və Rusiyadan xeyli silah sursat əldə edib və müqavimət göstərir".

O, dediklərinə nümunə olaraq, son zamanlar aviasiyanın iştirakı ilə mülki əhaliyə qarşı edilən qırğınları göstərib və qeyd edib ki, 6 ay bundan əvvəl Əsəd qüvvələri təyyarələrdən istifadə etmirdi. O, son zamanlar ölənlərin sayının artmasını da hökumət qüvvələrinə edilən yardımla əlaqələndirib.
Makkeyn Suriyaya birbaşa hərbi müdaxilə ilə bağlı sualı cavablandırarkən deyib ki, Amerika birbaşa müharibələrdən yorulub. "ABŞ birbaşa hərbi müdaxilədən yorulub. Bizim birbaşa ölkəyə daxil olmağımız düzgün də deyil. Biz sadəcə Azad Suriya Ordusunu silahlandıra bilərik".

Makkeyn Obamanın Suriya ilə bağlı yürütdüyü siyasəti də tənqid edib və bildirib ki, Obama administrasiyası bu məsələ ilə bağlı lazımi tədbirləri görmür. " Mən onlardan soruşdum ki, nə qədər insan ölməlidir ki, siz daha qətiyyətli olasınız? Anacaq heç bir cavab gəlmədi".

Sadiq
AzNews.az
Bağla X