06:33
(077) 610-22-33

“Youtube“ daha bir ölkədə bağlandı

  • >
743 20 Sentyabr 2012 09:53 | Dünya

Sudan hökuməti "İslamın məsumluğu" filminin nümayişinə etiraz əlaməti olaraq youtube-video paylaşım saytının bağlanması barədə qərar qəbul edib.

AzNews.az-ın lenta.ru saytına istinadən verdiyi xəbərə görə, Sudan hökuməti saytı bağlamazdan əvvəl Google-a filmə azad baxışın məhdudlaşdırılması ilə bağlı müraciət ünvanlayıb. Müsbət cavab ala bilməyən Sudan rəhbərliyi bütövlükdə saytın bağlanması ilə bağlı göstəriş verib.

Qeyd edək ki, İslam dinini aşağılayan filmə görə, ən böyük etiraz aksiyaları keçirilən ölkələrdən biri də Sudan olub. Bu ölkədə hətta aksiyaçılar ABŞ səfirliyinə də hücum etmişdi.

Sadiq Musa
AzNews.az
Bağla X