“Müharibə yalnız Suriyaya qarşı yox, Qərbə müqavimət göstərən bütün ölkələrə qarşıdır” “Müharibə yalnız Suriyaya qarşı yox, Qərbə müqavimət göstərən bütün ölkələrə qarşıdır”

Əsəd sərt danışdı

“Müharibə yalnız Suriyaya qarşı yox, Qərbə müqavimət göstərən bütün ölkələrə qarşıdır”

Suriya prezidenti Bəşər Əl-Əsəd paytaxt Dəməşqdə İranın Xarici İşlər naziri Əli Əkbər Salehi ilə görüşüb. AzNews.az-ın iran.ru saytına istinadən verdiyi xəbərə görə, tərəflər regiondakı vəziyyəti müzakirə ediblər.

Əsəd ölkəsində yaranmış vəziyyətlə bağlı bir çox məqamlara aydınlıq gətirib və qeyd edib ki, aparılan müharibə nə onun özünə qarşıdır nə də Suriyaya. Qərb bütövlükdə onlara müqavimət göstərənlərlə mübarizə aparır. İran XİN rəhbəri isə öz növbəsində prezident Əsədi "dörtlük" ölkələrinin İstanbul görüşü ilə bağlı məlumatlandırıb.

Salehi Əsədin nəzərinə çatdırıb ki, "dörtlük" ölkələri Suriya probleminin xarici müdaxilə olmadan həll edilməsində maraqlıdırlar. Bundan əlavə, İran XİN rəhbəri "dörtlük" ölkələrinin nümayəndələrindən ibarət müşahidəçilərin Suriyaya göndərilməsini də təklif edib. Prezident Əsəd isə qeyd edib ki, o, ölkənin suverenliyinə xidmət edən bütün səmimi təşəbbüslərin tərəfdarıdır.

Qeyd edək ki, tərəflər bu cür görüşlərin davam etdirilməsini qərara alıblar.

Sadiq Musa
AzNews.az