09:24
(077) 610-22-33

Suriya hökuməti: “ Suriyada döyüşənlər əfqan terrorçulardır”

  • >
675 20 Sentyabr 2012 15:08 | Dünya

Suriya hökuməti 100 əfqan terrorçunun Aleppo şəhəri uğrunda gedən döyüşlərdə öldürüldüyünü deyib. AzNews.az-ın lenta.ru saytına istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Suriya dövlət agentliyi yayıb.

Verilən məlumata görə, onlarla terrorçu isə əsir götürülüb. Bundan əlavə bildirilib ki, hökumət qüvvələrinə qarşı döyüşlərdə aktiv iştirak edənlərin əksəriyyəti Əfqanıstandan və digər ölkələrdən ölkəyə daxil olan terrorçulardır. Onları isə silah-sursat və maliyyə ilə qərb dövlətləri, xüsusilə ABŞ təmin edir.

Qeyd edək ki, Suriya mətbuatı analoji iddialarla uzun müddətdir ki, çıxış edir. Hətta əsir götürülmüş döyüşçülər dövlət kanalına belə çıxarılmışdı.

Sadiq Musa
AzNews.az
Bağla X