Nyu-York metrosunda “Müsəlmanlar barbardır” banerləri

Qərb dövlətləri müsəlman dünyasına və İslam dininə qarşı geniş kampaniyaya start verib. "İslamın Məsumluğu" filminə etirazlar bitməmiş, Fransa jurnalı Çarli Hebdo Məhəmməd Peyğəmbərin karikaturasını çap etdi.

AzNews.az-ın Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, indi də Nyu-York metrosunda "Müsəlmanlar barbardır" banerləri asılacaq. Verilən məlumata görə, qatı İslam əleyhdarı Pamela Geller banerlərin 10 metro stansiyasında asılması üçün məhkəmə qərarı çıxartdırıb. Banerlərdə "müsəlmanlar barbardır" ifadəsindən əlavə "cihadı pozun" və digər bu kimi təhqiramiz fikirlər yer alıb. Geller özü isə banerlərin asılması ilə bağlı məhkəmə qərarını ABŞ-da söz və fikir azadlığının təntənəsi adlandırıb.

Qeyd edək ki, bundan əvvəl Geller eyni banerləri Nyu-York metro stansiyalarına asmaq istəsə də rəhbərlik icazə verməmişdi. O, tutduğu yoldan əl çəkməyərək məhkəməyə müraciət edib və udub. Artıq Nyu-York metrosu banerlərin asılmasına mane ola bilməyəcək.
Nəzərinizə çatdıraq ki, indidən banerlərin asılacağı stansiyalarda təhlükəsizlik tədbirlərini gücləndirilib. Yeni etiraz dalğasının baş qaldıracağı şübhəsizdir.

Sadiq Musa
AzNews.az