Tiflisdə yenidən aksiya

Bu gün Tiflis şəhərindəki filarmoniyanın qarşısında, saat 17. 00-da yenidən etiraz aksiyaları keçiriləcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, aksiya iştirakçıları Gürcüstanın keçmiş daxili işlər naziri Baço Axalayanın məsuliyyətə cəlb olunmasını tələb edəcəklər.

Bundan başqa aksiya iştirakçıları olan tələbələr Qldan həbsxanasında məhbuslarla qeyri-insani hərəkət edən şəxslərin hərəkətlərini obyektiv şəkildə araşdırmağı və baş verən hadisələrin iştirakçılarını qanunauyğun şəkildə cəzalandırmağı tələb edəcəklər.

Qeyd edək ki, Gürcüstan televiziyasında Qldan həbsxanasında məhbuslara işgəncə verilməsinə dair dəhşətli görüntülər yayımlanıb.

AzNews.az