Hicab qadağası cəhdi ləğv edildi

Müsəlmanların və hüquq müdafiəçilərini etirazlarından sonra Filippiniin katolik "Pilar" məktəbində rəhbərlik islahat aparmalı olub. Rəhbərliyin qərarına əsasən nəhayət 2013-cü ildən bu məktəbdə hicabı yasaqlayan "qanun" ləğv ediləcək. (İQNA) Bir qədər əvvəl sözügedən məktəbdə hicaba qadağa qoyulması cəhdləri ciddi etirazlara səbəb olmuşdu.

Bundan sonra etirazlarla yanaşı insan haqları mübarizləri internetdə sözügedən məktəbdə hicab qadağasının ləğvi üçün milyonluq imzatoplama kampaniyasını təsis ediblər. Müxtəlif qrupların birgə fəal mübarizəsindən sonra nəhayət məktəb rəhbərliyi geriyə çəkilməli olub. Məktəb rəhbərliyi növbəti ildən məktəbi müsəlman şagirdlərinin öz etiqadlarına müvafiq olaraq baş geyimində gəlmələrinə qərar verib.

AzNews.az