Olland BMT-dən Suriya müxalifətinə dəstək tələb etdi

BMT müxalifətin nəzarətində olan Suriya ərazilərini müdafiə etməli və qaçqınlara humanitar yardım çatdırılmasını təmin etməlidir. Fransa prezidenti Fransua Olland BMT Baş Assambleyasında çıxışı zamanı bunu bəyan edib: "Mən BMT-dən bu andan etibarən Suriya xalqına bizdən istədiyi dəstəyi göstərməyi tələb edirəm.

Söhbət həm azad olunmuş zonaların müdafiəsindən, həm də qaçqınlara humanitar yardımın göstərilməsindən gedir", deyə Olland bildirib. Fransa prezidenti Suriyanın həm şimalında, həm də cənubunda azad olunmuş zonaların olduğunu vurğulayıb.

AzNews.az