İqtisadi çətinliklər insanları küçələrə tüküb İqtisadi çətinliklər insanları küçələrə tüküb

İspaniya vətəndaş müharibəsinin bir addımlığında -FOTO

İqtisadi çətinliklər insanları küçələrə tüküb



Dünən gecə saatlarında İspaniyanın paytaxtı Madrid şəhərində böyük etiraz aksiyası təşkil olunub. AzNews.az-ın newsru.com saytına istinadən verdiyi xəbərə görə, qəzəbli kütlə parlament binasına hücum etməyə cəhd göstərib.

Bu zaman binanı 2 qat dövrəyə almış polislə aksiyaçılar arasında qarşıdurma yaşanıb. Verilən məlumata görə, qarşıdurma zamanı 9 aksiyaçı xəsarət alıb, 4 nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Bundan əlavə 15 aksiyaçının saxlanıldığı deyilir.

Qeyd edək ki, aksiyanın keçirilməsinə səbəb hökumətin yürütdüyü ağır iqtisadi siyasətdir. Məhz bu səbəbdən aksiyaçılar "parlamenti zəbt edək" şüarı ilə birbaşa parlament binası qarşısında aksiya keçiriblər.

Nəzərinizə çatdıraq ki, İspaniyada bu cür vəziyyətin yaranması iqtisadi böhran, dövlət borclarının həddən artıq çox olması və Avropa Birliyinin bu ölkəyə böhrandan çıxmaq üçün maliyyə yardımı ayırmamasıdır.

Sadiq Musa
AzNews.az
image description image description