04:56
(077) 610-22-33

Stefan Füle Səfərovla bağlı erməniləri “ovundurdu”

  • >
848 28 Sentyabr 2012 08:56 | Dünya

“Əsas məqsəd sülhdür və bundan yayınmaq olmaz”



Avropa Birliyinin Genişlənmə və Qonşuluq Siyasəti üzrə müvəkkili Stefan Füle Ramil Səfərovun ekstradisiyasından danışıb.

AzNews.az-ın armenpress.am saytına istinadən verdiyi xəbərə görə, İrəvanda keçirilən Vətəndaş Cəmiyyətinin inkişafı ilə bağlı seminarda Füle bildirib ki, Səfərovun ekstradisiyası və əfv olunması sülhə təhlükə yaradır.

"Bu Ermənistan üçün çox ağır dönəmdir. Mən sülh prosesinə zərbə vurulduğu üçün çox təəssüflənirəm". O, erməni xalqının keçirdiyi hissləri başa düşdüyünü də deyib və əlavə edib ki, bu kimi hadisələr sülhə zərbə vurmamalıdır. "Bizim əsas məqsədimiz sülhə nail olmaqdır. Bu kimi hallar bizi əsas məqsəddən yayındırmamalıdır".

Sadiq Musa
AzNews.az
Bağla X