01:54
(077) 610-22-33

Merkeldən həlledici qərar – O, Qazaxıstanı seçdi

  • >
2 351 2 Mart 2015 15:08 | Dünya

İtaliyanın “Udineze” futbol klubunun oyunçusu, 23 yaşlı Aleksandr Merkel bu gün Qazaxıstanın paytaxtı Astana şəhərində bu ölkənin millisinə qatılmaq üçün müqavilə imzalayıb.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Rusiyanın "gazeta" saytı yayıb.

Məlumatda deyilir ki, anası rus, atası alman olan Aleksandr bu addımı Qazaxıstanda doğulduğuna görə atıb.

Xəbərə görə, 6 yaşından Almaniyada yaşayan, ancaq Qazaxıstan vətəndaşlığını özündə saxlayan Aleksandr Almaniyanın müxtəlif yaş qruplarında milli komandalarda top qovsa da heç bir ölkənin əsas millisində oynamayıb. Uzun müddət Rusiya millisindən təklif gözləyən Merkel nəhayət Qazaxıstanı seçib.


Merkel bir vaxtlar "Milan", "Cenoa" və "Qrasshopper" klublarının da şərəfini qoruyub.


Bağla X