Ağ evin xəbərdarlığına baxmayaraq Konqresin dəvətini qəbul edərək Birləşmiş Ştatlara səfərə gələn İsrailin Baş naziri Benyamin Netanyahunun qalmaqallı səfəri nəhayət başlayıb. Nəyə görə qalmaqallıdır? Çünki onun ölkəsində Netanyahu məhz Amerika-İsrail münasibətlərinə xələl gətirməkdə ittiham olunur. Ağ evin xəbərdarlığına baxmayaraq Konqresin dəvətini qəbul edərək Birləşmiş Ştatlara səfərə gələn İsrailin Baş naziri Benyamin Netanyahunun qalmaqallı səfəri nəhayət başlayıb. Nəyə görə qalmaqallıdır? Çünki onun ölkəsində Netanyahu məhz Amerika-İsrail münasibətlərinə xələl gətirməkdə ittiham olunur.

İsraildən qalmaqallı addım- VİDEO

Ağ evin xəbərdarlığına baxmayaraq Konqresin dəvətini qəbul edərək Birləşmiş Ştatlara səfərə gələn İsrailin Baş naziri Benyamin Netanyahunun qalmaqallı səfəri nəhayət başlayıb. Nəyə görə qalmaqallıdır? Çünki onun ölkəsində Netanyahu məhz Amerika-İsrail münasibətlərinə xələl gətirməkdə ittiham olunur.



Bundan başqa İsrail Amerika-İran yaxınlaşmasından ciddi narahatdır. İndidən bəllidir ki, Obama onunla görüşməyəcək. Con Kerri ümumiyyətlə ölkədən gedib.

ANS TV-nin Vaşinqton bürosunun məlumatına görə, İsrailin baş naziri Benyamin Netanyahu İranla nəzərdə tutulan nüvə razılaşması ilə bağlı ABŞ-a gəlib. Baş nazir aparacağı danışıqlar nəticəsində rəsmi Vaşinqtonu Tehranla nüvə proqramı sahəsində əldə olunacaq sazişdən daşındıracağına inanır.

Netanyahu Birləşmiş Ştatlara səfərini mühüm və tarixi missiya adlandırıb. Bura gəlməmişdən əvvəl o, bəyan edib ki, yaxın vaxtlarda böyük dövlətlərlə İran arasında imzalanması ehtimal edilən çərçivə razılaşması, rəsmi Tehranı nüvə silahı hazırlamaqdan saxlamayacaq. Bu isə ilk olaraq İsrailin təhlükəsizliyinə mane olur.

Sabah Netanyahunun ABŞ Konqresi qarşısında çıxışı gözlənilir. İsrailin hökümət başçısı Konqresdəki çıxışında İranın nüvə proqramı ilə bağlı rəsmi Tehrana qarşı daha sərt sanksiyaların tətbiqi və nüvə razılaşmasından geri çəkilmək üçün Amerika ictimaiyyətindən dəstək istəyəcək. 30 demokrat Netanyahunun çıxışını baykot edəcəyini açıqlayıb.

ABŞ mətbuatının məlumatına görə, İsrail rəsmisinin səfəri ölkə prezidenti Barak Obama tərəfindən narazılıqla qarşılanıb. Obama bir müddət əvvəl İsraildə seçkilər keçiriləcəyi üçün Netanyahunun səfərinə razı olmadığını bildirmişdi. Bu narazılıq Barak Obamanın və dövlət katibi Con Kerrinin Netanyahu ilə görüşünün olmayacağından da sezilir.

Bundan başqa ABŞ Nümayəndələr Palatasının başçısı Con Bonerin İsrail Baş nazirini Vaşinqtona dəvət etməsi, Konqreslə Ağ ev arasında gərginliyə səbəb olub. Nümayəndələr Palatasının başçısının Ağ evlə məsləhətləşmədən Netanyahunu ABŞ-a dəvət etməsi Obamaya qarşı gediş kimi dəyərləndirilir. İran mövzusunda İsrailin mövqeyinə daha yaxın olan Konqres, müzakirələrə soyuq yanaşır və Tehrana yeni sanksiya tətbiq olunmasını istəyir. Prezident Barak Obama isə müzakirələri sonuna qədər aparacağını və Konqresdən gələcək hər hansı bir sanksiya qərarını veto edəcəyini bildirir.

İranla Amerika arasında həmin o razılıq məsələsi martın 31-dən əvvələ planlaşdırılıb. Digər tərəfdən isə martın 17-də İrsaildə seçkidir. Belə düşünənlər də var ki, Netanyahu bu səfərlə özünə xal qazanmaq istəyir.