Boris Nemtsovu Ukraynada vuruşan çeçen döyüşçülər öldürə bilər. Boris Nemtsovu Ukraynada vuruşan çeçen döyüşçülər öldürə bilər.

Nemtsovun qətlində azərbaycanlı polkovnikin adı hallandı

Boris Nemtsovu Ukraynada vuruşan çeçen döyüşçülər öldürə bilər.



AzNews.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı "İzvestiya" qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb.

Qəzet hazırda müstəntiqlər qrupunun bu versiya üzərində çalışdığını bildirib: "Nemtsovun Ukraynada separatçıların əleyhinə vuruşan "Cövhər Dudayev" batalyonu tərəfindən öldürüldüyü istisna edilmir. Mənbənin məlumatına görə, Nemtsovun ölümünün əsas təşkilatçıları batalyonun hazırkı komandiri, Putinə qarşı sui-qəsddə təqsirli bilinən Adam Osmayev və onun həyat yoldaşı Amina Okuyevadır. Ukrayna xüsusi xidmət orqanlarının planına əsasən, müxalifin öldürülməsindən sonra Rusiya rəhbərliyi hər şeydən təcrid edilməli, eləcə də ölkədə siyasi vəziyyət destabilləşdirilməli idi. Mənbəmiz bildirir ki, hazırda müstəntiqlər qrupunun əlində Ukrayna xüsusi xidmət orqanlarının bu işdə təqsirkar olduğunu sübut edən bir sıra faktlar var".

Qeyd edək ki, "Cövhər Dudayev" batalyonu 2014-cü ilin martında mərhum çeçen generalı İsa Munayev tərəfindən yaradılmışdı. Batalyonun tərkibinə postsovet məkanından olan müxtəlif millətlərin nümayəndələri daxil edilmişdi. Yaradılan yeni batalyonun qərargah rəisi vəzifəsinə Azərbaycanın Müdafiə nazirinin eks müavini(1993-1995) İsa Sadıqov təyin olunmuşdu. Ukraynanın şərqində rus terrorçularına qarşı döyüşdə fəal iştirak edən batalyon bir sıra uğurların qazanılmasında Kiyevə yardım etmişdi. Batalyonun komandiri bu ilin əvvəllərində Debaltsevo yaxınlığında qətlə yetirilmişdi. Sonradan onun qətlində günahkar bilinən şəxslər sırasında batalyonun hazırkı komandiri Adam Osmayev və Amina Okuyevanın da adı yer almışdı.