- Köhnə - Dünya
- 3 Mart 2015 13:31
- 3 807
Nemtsova orden verildi – Ölümündən sonra
Ukrayna prezidenti Petro Poroşenko fevralın 28-də Moskvanın mərkəzində qətlə yetirilən müxalifət lideri Boris Nemstova ölümündən sonra “Azadlıq” ordeni verib.
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Poroşenko özünün Facebook səhifəsində yazıb.
"Bizimlə və bizim azadlığımız uğrunda. Bu sözlər Boris Nemtsovun tarixi şüarı idi. Elə buna görə də də ona "Azadlıq" ordeni verdim. Biz ukraynalılar üçün Boris Rusiyanın vətənpərvəri və Ukraynanın dostu kimi yaddaşda qalacaq. O, öz fəaliyyətilə sübut etdi ki, insan istədiyi hər şeyi həyata keçirə bilər", - deyə Poroşenko vurğulayıb.