2015-ci il Nobel sülh mükafatına 278 nəfərin namizədliyi irəli sürülüb. 2015-ci il Nobel sülh mükafatına 278 nəfərin namizədliyi irəli sürülüb.

Nobel sülh mükafatına 276 nəfərin namizədliyi irəli sürüldü

2015-ci il Nobel sülh mükafatına 278 nəfərin namizədliyi irəli sürülüb.



APA-nın "Gazeta.ru"-ya istinadən verdiyi xəbərə görə, bu barədə Nobel mükafatı komitəsinin saytında dərc edilmiş məlumatda bildirilir.

Namizədlərdən 49-u təşkilat, 227-si isə ayrı-ayrı şəxslərdir.

Komitədən bildirilib ki, Nobel sülh mükafatı tarixində bu qeydə alınmış ikinci ən böyük siyahıdır. Sülh mükafatına rekord sayda - 278 nəfərin namizədliyi 2014-cü ildə irəli sürülmüşdü.

Xatırladaq ki, ötən il Nobel sülh mükafatına pakistanlı hüquq müdafiəçisi Malala Yusufzay və hindistanlı uşaq hüquq müdafiəçisi Kaylaş Satyarthi layiq görülüb.