Avstraliyalı milyarder Klayv Palmer Avstraliyanın Baş naziri Toni Ebbotdan üzr istəyib. Avstraliyalı milyarder Klayv Palmer Avstraliyanın Baş naziri Toni Ebbotdan üzr istəyib.

Milyarder Baş nazirdən üzr istədi - SƏBƏB

Avstraliyalı milyarder Klayv Palmer Avstraliyanın Baş naziri Toni Ebbotdan üzr istəyib.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "France-Presse" agentliyi yayıb.

Məlumata görə, hökumətin universitetlərə etdiyi maliyyə yardımını azaltdığı xəbəri mədənçıxarma sənayesinin maqnatı hesab edilən Palmeri bərk əsəbiləşdirib. Və o, açıqlamalarının birində Baş nazir Ebbotu "Toni Ebbot, get özünü öldür" sözlərilə təhqir edib.

Bu ifadə Avstraliya mətbuatında ciddi reaksiyaya səbəb olub.

Nəticədə milyarder özü "Twitter" səhifəsində Baş nazirdən üzr istəyib və bildirib ki, o, həmin ifadədə birbaşa intihar deyil, siyasi intihar fikrini nəzərdə tutub.