Almaniyanın keçmiş Baş naziri Helmut Şmidt arvadı Lokiyi 40 ildən çox müddətdə başqa bir qadınla aldatdığını etiraf edib. Almaniyanın keçmiş Baş naziri Helmut Şmidt arvadı Lokiyi 40 ildən çox müddətdə başqa bir qadınla aldatdığını etiraf edib.

Keçmiş Baş nazir qırx il boyu arvadını aldadıb - ETİRAF

Almaniyanın keçmiş Baş naziri Helmut Şmidt arvadı Lokiyi 40 ildən çox müddətdə başqa bir qadınla aldatdığını etiraf edib.



AZNEWS.AZ xəbər verir ki, bu haqda o, özünün yenicə dərc etdiyi "Bunu da bildirmək istəyirəm ki" kitabında yazıb.

O, kitabında 68 il evli qaldığı arvadı Lokiyi bir başqa qadınla qırx ildən çox müddətdə aldatdığının detallarını açıqlayıb.

"Stern" jurnalında yer alan və bir neçə günə qədər satışa çıxarılması gözlənilən kitabla bağlı Şmidt deyib ki, o, həmin qadınla əlaqələrini 1970-ci ilin əvvəlində qurub:
"Baş nazir olanda sevgilimlə yaxınlıq əlaqəsini kəsdim, ancaq ünsiyyətimiz davam etdi. İki il öncə isə onun dəfn mərasimində iştirak etdim".