Ukraynanın Xarici İşlər Nazirliyi Rusiyanın 100-dən çox jurnalistinin akkreditasiyalarını ləğv edib. Ukraynanın Xarici İşlər Nazirliyi Rusiyanın 100-dən çox jurnalistinin akkreditasiyalarını ləğv edib.

Rusiyalı jurnalistlərə Kiyevdə “yox” dedilər

Ukraynanın Xarici İşlər Nazirliyi Rusiyanın 100-dən çox jurnalistinin akkreditasiyalarını ləğv edib.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi yayıb.

Məlumata görə, akkreditasiyaları ləğv edilən rusiyalı jurnalistlərin siyahısı Ukrayna Ali Radasına təqdim edilib.

Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin rəsmi Kiyevin bu qərarını əsassız adlandırıb: "Rusiyanın dövlət agentliklərinin akkreditasiyalarının ləğvi cəfəngiyyatdan başqa bir şey deyil".

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə vurğulayıb ki, rəsmi Moskva Ukraynada azad sözlə bağlı məsələyə xüsusi diqqət ayıracaq.