“Mənə Ukraynada hədə-qorxu gəlirlər. Bu baxımdan yerli hüquq-mühafizə orqanlarına müraciət etmişəm”. “Mənə Ukraynada hədə-qorxu gəlirlər. Bu baxımdan yerli hüquq-mühafizə orqanlarına müraciət etmişəm”.

“Mənə Ukraynada hədə-qorxu gəlirlər” – Nemtsovun sevgilisi

“Mənə Ukraynada hədə-qorxu gəlirlər. Bu baxımdan yerli hüquq-mühafizə orqanlarına müraciət etmişəm”.


AZNEWS.AZ xəbər verir ki, bu sözləri Rusiyanın NTV telekanalı qətlə yetirilən rusiyalı müxalifətçi Boris Nemtsovun 23 yaşlı ukraynalı sevgilisi Anna Duritskayaya istinadən yayıb.

Ukrayna Baş prokurorluğu artıq Annaya qarşı edilən hədə-qorxu ilə bağlı cinayət işi açdığını deyib.
Bu faktı Baş prokurorluğun mətbuat xidməti təsdiq edib: "Bu gün Baş prokuror Viktor Şokinin göstərişilə Boris Nemtsovun qətlinin yeganə şahidi kimi Anna Duritskayanın həyat və sağlamlığının qorunması məqsədilə qabaqlayıcı tədbirlərə start verilib".

Anna Duritskayanın vəkili Vadim Proxorov qeyd edib ki, hazırkı anda Anna dövlət tərəfindən qorunmalıdır.