Nigeriyanın "Kano Pillars" klubunun avtobusu hücuma məruz qalıb. ANS PRESS-in məlumatına görə, nəticədə 5 futbolçu yaralanıb. Nigeriyanın "Kano Pillars" klubunun avtobusu hücuma məruz qalıb. ANS PRESS-in məlumatına görə, nəticədə 5 futbolçu yaralanıb.

Futbol klubuna silahlı hücum: 5 futbolçu yaralandı

Nigeriyanın "Kano Pillars" klubunun avtobusu hücuma məruz qalıb. ANS PRESS-in məlumatına görə, nəticədə 5 futbolçu yaralanıb.


Klubun rəsmi "Twitter" hesabından verilən açıqlamada bildirilir ki, "Heartland"la səfər oyunu üçün Abajidən Overri şəhərinə yollanan "Kano Pillars" klubunun futbolçuları silahlı soyğunçuların hücumuna məruz qalıb. Nəticədə 18-i futbolçu olmaqla 25 nəfərlik heyətdən oyunçular - Qambo Məhəmməd, Ruben Oqbonaya, Eneji Otekpa, Murtala Adamu və Ubonq Ekpaini yaralanıb.

Soyğunçular avtobusdakı dəyərli əşyaları götürərək olay yerindən qaçıb. Yaralılar isə Lokoja şəhərindəki хəstəхanaya yerləşdirilib.