06:10
(077) 610-22-33

Tarixi məscid uçuruldu

  • >
2 762 6 Mart 2015 20:13 | Dünya

İŞİD Mosul şəhərində tarixi məscidi partlayıcıların köməyi ilə uçurdub.


"Qafqazinfo"nun Anadolu Agentliyinə istinadən məlumatına görə, Osmanlı dövründən qalan "Hema Kado" məscidi ötən gün partladılıb. Kürdistan Demokratik Partiyasının Mosul üzrə nümayəndəsi Səid Memozini məsələ ilə bağlı açıqlama verib:

"Mosulun qərbində, Osmanlı dövründən qalma məscid ötən gün uçurulub. Məscidin içində kimliyi bilinməyən bir türbə var idi. Mosul xalıq hər cümə axşamı və cümə bu türbəni ziyarət edirdilər. Bundan narahat olan İŞİD məscidi uçurdu".
Bağla X