Debaltsevoda həlak olan 500 nəfər dinc sakinin cəsədi tapılıb. Debaltsevoda həlak olan 500 nəfər dinc sakinin cəsədi tapılıb.

500 nəfər dinc sakinin cəsədi tapıldı - Debaltsevoda

Debaltsevoda həlak olan 500 nəfər dinc sakinin cəsədi tapılıb.


AzNews.az İnterfax-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki nümayəndəsi Samanta Prauer Təhlükəsizlik Şurasının iclasında məlumat verib.

Onun sözlərinə görə, hesabatda Debaltsevoda qalmış yüzlərlə adsız qurban hesaba alınmayıb. Ötən ay mühasirələrin açılmasından sonra atışmadan qorunmaq üçün evlərdə, zirzəmilərdə gizlənmiş 500-ə yaxın insanın cəsədi tapılıb.


ABŞ nümayəndəsi deyib ki, BMT-nin insan haqları üzrə baş katibi bu faktları nəzərə almayıb.

Qeyd edək ki, ötən ilin aprelindən bu yana Ukraynanın şərqində gedən döyüşlərdə 5300 nəfərdən çox insan öldürülüb.
image description image description