Korrupsiyada şübhəli bilinən amerikalı senator Robert Menendes istefa verməkdən imtina edib. Korrupsiyada şübhəli bilinən amerikalı senator Robert Menendes istefa verməkdən imtina edib.

ABŞ senatoru istefa verməkdən imtina etdi

Korrupsiyada şübhəli bilinən amerikalı senator Robert Menendes istefa verməkdən imtina edib.



AzNews.az xəbər verir ki, bu haqda məlumatı CNN telekanalı yayıb.

Senator qeyri-qanuni heç bir hərəkət etmədiyini vurğulayıb və buna görə də istefa vermək niyyətində olmadığını deyib.

Xatırladaq ki, Ədliyyə Nazirliyi Menendesi vəzifəsindən sui-istifadə etməkdə ittiham edir.

Onu da qeyd edək ki, bundan əvvəl də çıxış edən senatorun mətbuat katibi Trişa Enrayt Robert Menendesin etdiklərinin qanundan kənar olmadığını bəyan etmişdi.