22:28
(077) 610-22-33

İŞİD öz Facebook-unu yaratdı

  • >
1 216 10 Mart 2015 17:42 | Dünya

“İslam Dövləti”nin yaraqlıları Facebook sosial şəbəkəyə analoji olaraq “Сaliphate book” adlı sosial şəbəkə yaradıblar.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Reuters agentliyi yayıb.

Məlumatda deyilir ki, "5elafabook.com" domenilə işə başlayan sosial şəbəkəyə bir gündən sonra giriş qadağan edilib.

Onun kim tərəfindən yaradıldığı və istifadəçilərinin sayı haqda bilgi verilmir.


Saytın adındakı "5" rəqəmi ərəb dilində olan "khilafa" (xəlifət") sözünün ilk 2 hərfindən götürülüb. "kh" söz birləşməsi isə ərəb dilində "5" rəqəmini ifadə edir.

Saytın 7 dilə (holland, ingilis, ispan, portuqal, türk, indoneziya və yava) tərcümə edildiyi deyilir.

Bu saytda gedən materialları hələlik ərəb dilində oxumaq qeyri-mümkündür.

"5elafabook.com saytı müstəqildir. O, İŞİD tərəfindən maliyyələşdirilmir. Biz dünyaya göstərmək istəyirik ki, təkcə əlimizdə silah mağaralarda gəzmirik, dünya ilə birgə addımlayırıq və islam dininin inkişafına çalışırıq", - deyə saytın yaradıcıları bildirib.

Alınan son xəbərə görə, yeni yaradılan saytın əsas məqsədi İŞİD-in tərkibinə yeni yaraqlıları cəlb etməkdir.
Bağla X