05:22
(077) 610-22-33

Hərbi xəstəxana İŞİD-dən geri alındı

  • >
2 011 11 Mart 2015 15:56 | Dünya

Paytaxt Bağdadın şimalında yerləşən Tikrit qəsəbəsində döyüş əməliyyatları həyata keçirən İraq silahlı qüvvələri hərbi xəstəxananı İŞİD-in əlindən geri alıb.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "İHA" agentliyi yayıb.

"Haş Əl Şabi" milis qüvvələri tərəfindən edilən açıqlamada deyilir ki, İraq bayrağı artıq xəstəxananın önündə göyə yüksəlib.

Dövlət qüvvələri qəsəbənin içərisinə doğru irəliləməkdə davam edirlər.

Xəstəxananın İraq Prezident Sarayının yaxınlığında yerləşdiyi bildirilir.


Döyüş zamanı İŞİD Tikritdəki körpünü partladıb.

İraqın keçmiş lideri Səddam Hüseynin doğulduğu qəsəbə kimi tanınan Tikrit iyun ayından etibarən terror təşkilatı olan İŞİD-in nəzarətinə keçmişdi.

İraqın Baş naziri Heydər Əl Abadı mart ayının 1-də İraq ordusuna Tikrit və Səlahəddin vilayətlərinin geri alınması tapşırığını vermişdi.
Bağla X