Rusiya prezidenti Vladimir Putin ağır xəstələnib. Rusiya prezidenti Vladimir Putin ağır xəstələnib.

Putin ağır xəstələndi – O, Astana səfərini təxirə saldı

Rusiya prezidenti Vladimir Putin ağır xəstələnib.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Reuters agentliyi Qazaxıstan hökumətinə yaxın olan mənbəyə istinadən yayıb.

Adı açıqlanmayan mənbə bildirib ki, elə bu səbəbdən Putinin Qazaxıstanın paytaxtı Astana şəhərinə planlaşdırılan səfəri təxirə salınıb. Onun konkret hansı xəstəliyə tutulması haqda isə mediaya heç bir açıqlama verilməyib.

Qeyd edək ki, mart ayının 12-13-də Astanada Rusiya prezidenti Vladimir Putinin, Belarus prezidenti Aleksandr Lukaşenkonun və Qazaxıstan prezidenti Nursultan Nazarbayevin üçtərəfli görüşü planlaşdırılmışdı.

Hazırda Lukaşenkonun da Qazaxıstana gəlişi haqda dəqiq bilgi verilmir.

Qeyd edək ki, Putinin mədəaltı xərçəngindən əziyyət çəkdiyi haqda ilk xəbəri ötən ilin oktyabr ayında "New York Post" tabloidinin jurnalisti Riçard Conson yaymışdı.

Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov isə o xəbərdən sonra belə açıqlama vermişdi: "Onu deyənin dili qurusun. Putinin sağlamlığında heç bir problem yoxdur".