Rusiyalı müxalifətçi Boris Nemtsovu qətlə yetirməkdə şübhəli bilinən əsil cinayətkarın soyadı açıqlanıb. Rusiyalı müxalifətçi Boris Nemtsovu qətlə yetirməkdə şübhəli bilinən əsil cinayətkarın soyadı açıqlanıb.

Nemtsovun ehtimal edilən qatilinin soyadı açıqlandı

Rusiyalı müxalifətçi Boris Nemtsovu qətlə yetirməkdə şübhəli bilinən əsil cinayətkarın soyadı açıqlanıb.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "novayagazeta" saytı yayıb.

Müxalifət lideri Aleksey Navalnının fikrincə, bu şəxs mayor rütbəli Ruslan Qeremeyevdir. Onun əmisi Süleyman Qeremeyev hazırda Çeçenistan Respublikasından Federasiya Şurasına üzv seçilib.

Ruslan Qeremeyevin, həmçinin Dövlət Dumasının deputatı Adam Delimxanovun yaxın qohumu olduğu haqda da xəbərlər yayılıb.

"Novaya qazeta"nın şef redaktoru Sergey Sokolov hesab edir ki, Nemtsovun əsil qatilləri həbs edilən Zaur Dadayevdən öncə tutula bilməz.

Zaur Dadayev artıq dünən bu qətldə heç bir günahı olmadığını deyib.

Zaurla yanaşı Nemtsovun qətlində Xamzad Baxayev və Tamerlan Əsgərxanov da ittiham edilir.


Helsinki Qrupunun Moskva üzrə sədri Lyudmila Alekseyeva isə bildirib ki, qətli sifariş edənlərin adları heç vaxt açıqlanmayacaq.