“Krımın işğalı ilə bağlı Rusiyada hazırlanan “Krım. Vətənə doğru gedən yol” adlı sənədli film Haaqa məhkəməsinə göndəriləcək”. “Krımın işğalı ilə bağlı Rusiyada hazırlanan “Krım. Vətənə doğru gedən yol” adlı sənədli film Haaqa məhkəməsinə göndəriləcək”.

“Krımın işğalı ilə bağlı film Haaqa məhkəməsinə göndəriləcək” - VİDEO

“Krımın işğalı ilə bağlı Rusiyada hazırlanan “Krım. Vətənə doğru gedən yol” adlı sənədli film Haaqa məhkəməsinə göndəriləcək”.


AZNEWS.AZ xəbər verir ki, bu sözləri Ukraynanın Baş naziri Arseni Yatsenyuk bu gün Nazirlər Kabinetinin iclasında deyib. O, artıq bununla bağlı Ukrayna Ədliyyə Nazirliyinə göstəriş verdiyini də açıqlayıb.

"Mən bu filmin treylerinə baxdım. Krım, harasa gedən yol.. Bu, vətənə aparır, yoxsa hansısa uçuruma. Ədliyyə Nazirliyindən xahiş edirəm edirəm ki, bu treyleri Haaqa məhkəməsinə versin. Qoy bu filmlə beynəlxalq prokurorlar və müstəntiqlər məşğul olsunlar", - deyə Yatsenyuk əlavə edib.

Qeyd edək ki, Ali Rada da Rusiya Federasiyasını Ukraynaya qarşı etdiyi beynəlxalq cinayətlərinə və ölkənin qərb bölgəsini işğal etdiyinə görə Haaqa məhkəməsinə verib.

Xatırladaq ki, "Rossiya 1" telekanalı tərəfindən hazırlanan filmdə Vladimir Putin Krımı necə geri qaytardığının yollarından danışıb.