07:49
(077) 610-22-33

Nazarbayev qazax dili imtahanından “5” aldı

  • >
1 548 11 Mart 2015 17:57 | Dünya

Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu gün dövlət dili olan qazax dilindən imtahan verib.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı İnterfaks agentliyi yayıb.

Linqvistik Komissiyanın sədri Mırzatay Joldasbekov bu faktı təsdiq edib.

"Biz imtahandan sonra belə qərara gəldik ki, Nursultan Abişeviç Nazarbayev dövlət dili olan qazax dilində sərbəst danışır", - deyə Mırzatay Joldasbekov jurnalistlərə müsahibəsində deyib.

Qeyd edək ki, aprel ayının 26-da Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

Qanuna görə, Qazaxıstanda doğulan və yaşı 40-dan yuxarı olan hər bir vətəndaş ölkə prezidenti ola bilər.

Prezidentliyə namizədlər, həmçinin son 15 ildə bu ölkədə yaşamalı və dövlət dilini sərbəst bilməlidir.
image description
Bağla X