04:40
(077) 610-22-33

Moskvada Nemtsovun qətli ilə bağlı jurnalist dindirilir

  • >
1 728 12 Mart 2015 15:17 | Dünya

Bu dəqiqələrdə Rusiyanın paytaxtı Moskva şəhərində “Moskva komsomolu” qəzetinin müxbiri, hüquqmüdafiəçisi, İctimai Müşahidə Komissiyasının üzvü Yeva Merkaçeva Rusiya Baş İstintaq İdarəsinin əməkdaşları tərəfindən dindirilir.


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "mk.ru" saytı yayıb.


Jurnalistin müxalifət lideri Boris Nemtsovun qətli ilə bağlı saxlanılan şəxsləri ziyarət etdiyinə görə dindirildiyi deyilir.

Baş İstintaq İdarəsindən bildiriblər ki, kənar şəxslər istintaq getdiyi ərəfədə şübhəlilərlə qətllə bağlı müzakirə apara bilməzlər.


Jurnalisti onun vəkili Andrey Muratov müşayiət edir. Xatırladaq ki, bir gün öncə Baş İstintaq İdarəsinin əməkdaşları Yevanı öz evində dindirmək istəyiblər, ancaq həmin an jurnalist evdə olmadığından müstəntiqlərin bu arzusu baş tutmayıb.

Qətldə şübhəli olan şəxsləri ziyayət edənlər arasında İctimai Müşahidə Komissiyasının digər üzvü Andrey Babuşkinin də adı hallanır. Onun isə dindirilməsi prosesi dünən həyata keçirilib.
Bağla X