00:17
(077) 610-22-33

Qızları İŞİD-çilərə aparanın kim olduğu bilindi

  • >
2 269 12 Mart 2015 21:54 | Dünya

İŞİD-ə qoşulan britaniyalı qızlara kimlərin kömək etdiyi bəlli olub.



ANS PRESS-in məlumatına görə, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu haqda açıqlama verib. Onun sözlərinə görə, 3 yeniyetmə qıza kömək edən şəxs kəşfiyyatçı olub.

"Bu qızlara kömək edən adam kim olub, bilirsinzimi? O tutulub. Həmin adam İŞİD-ə qarşı koalisiya içərisində olan ölkələrindən birinin kəşfiyyatına işləyir. Avropa Birliyi üzvü deyil, ABŞ da deyil. Mən bunu İngiltərə Xarici İşlər nazirinə də dedim. Mənə "həmişə olduğu kimi" cavabını verdi", - deyə nazir bildirib.

Qeyd edək ki, fevralın 17-də ikisi 15, biri 16 yaşında olan 3 yeniyetmə qız İŞİD-ə qoşulmaq üçün Londondan İstanbula gəlib. Onlar buradan Suriyaya keçmək istəyiblər. Hal-hazırda qızların axtarışları davam edir. Onların Suriyaya keçib-keçmədikləri araşdırılır.
Bağla X