İslandiya Avropa İttifaqına daxil olmaq üçün verdiyi ərizəni geri götürüb. İslandiya Avropa İttifaqına daxil olmaq üçün verdiyi ərizəni geri götürüb.

İslandiya Avropa İttifaqından imtina etdi

İslandiya Avropa İttifaqına daxil olmaq üçün verdiyi ərizəni geri götürüb.



AZNEWS.AZ xəbər verir ki, bu məlumat İslandiyanın Xarici İşlər nazirliyinin saytında yer alıb.

İslandiyanın xarici işlər naziri Qunnar Braqi Svensson ölkəsinin verdiyi qərar haqda Avropa İttifaqı Şurasının sədri, Latviyanın xarici işlər naziri Edqar Rinkeviçə xəbər verib.
Ancaq buna baxmayaraq İslandiyanın Avropa İttifaqı ilə əlaqələrini qoruyub saxlayacağı deyilir.


Rinkeviç də İslandiya hakimiyyətinin bu qərarına hörmətlə yanaşdığını deyib.
Qeyd edək ki, İslandiya bu quruma daxil olmaq üçün 2009-cu ildə ərizə yazıb. Həmin vaxt İslandiya iqtisadi cəhətdən çətin günlərini yaşayıb. Onların düşüncəsinə görə, əgər İslandiya Aİ-na qəbul olunsa, bu situasiyadan çıxa bilər.
image description