“Rusiya prezidenti Vladimir Putin vəzifədən getsə, onun dərisini soyacaqlar”. “Rusiya prezidenti Vladimir Putin vəzifədən getsə, onun dərisini soyacaqlar”.

“Putinin dərisini soyacaqlar” – Vaxtanq Kikabidze

“Rusiya prezidenti Vladimir Putin vəzifədən getsə, onun dərisini soyacaqlar”.

AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "Noyava vremya" qəzeti əfsanəvi gürcü aktyoru Vaxtanq Kikabidzeyə istinadən yayıb.

Rusiya-Ukrayna münaqişəsini müzakirə edən aktyor Ukraynanı dəstəklədiyini gizlətməyib: "Rusiya qeyri-adi ölkədir. Putin vəzifədən gedəndən sonra onun dərisini soyacaqlar. Keçmiş SSRİ dövründə də belə olub. Hələ güclüsənsə, sənə heç kim toxuna bilməz, ancaq bir az zəifləsən, ayaqlar altına atılırsan. Siyasətdə belə bir məqam var. Nə qədər onun daxilinə girsən, ordan çıxmaq şansın xeyli azalır və ehtiyat çıxış qapısı olmur. "Güclü" Putin "zəif" Ukraynaya qarşı müharibə aparır. Onun növbəti hədəfi Pribaltikadır. Gürcüstan isə bu siyahıda növbəyə salınmayıb. Rusiya istənilən an bu ölkə ilə müharibə apara bilər. Kreml vətəndaşlardan ona görə dəstək alır ki, onlar sadəcə tarixi unudublar. İndi çoxlarının xoşuna gəlir ki, yeni topraq, yeni dəniz ələ keçiriblər. Ancaq düşünmürlər ki, bu torpaqlar onların deyil. Bu gün Moskvada milyon nəfərdən çox müsəlman yaşayır. Əgər müsəlmanlardan biri qonşu rus qadınına desə ki, burdan çıx get, artıq 50 ildir ki, Moskvada yaşayıram: "Moskvanın yarısı mənim, yarısı isə sənindir". Bu sözdən sonra rus qadını ağlını itirər".