Bu dəqiqələrdə alınan məlumata görə, Rusiya prezidenti Vladimir Putinin Kremldə olan əşyaları gecə vaxtı Rostov şəhərinə daşınıb. Bu dəqiqələrdə alınan məlumata görə, Rusiya prezidenti Vladimir Putinin Kremldə olan əşyaları gecə vaxtı Rostov şəhərinə daşınıb.

Putinin əşyaları Kremldən çıxarıldı – FOTOFAKT

Bu dəqiqələrdə alınan məlumata görə, Rusiya prezidenti Vladimir Putinin Kremldə olan əşyaları gecə vaxtı Rostov şəhərinə daşınıb.


AZNEWS.AZ xəbər verir ki, bu məlumatı "Joinfo" saytı sosial şəbəkə istifadəçilərinə istinadən yayıb.

Putinin Kremldən əşyalarının daşınmasını iddia edənlər çəkdikləri fotoları da şəbəkələrdə paylaşıblar.



Fotolardan görünür ki, əşyalar ağ rəngdə olan yük avtomobillərilə aparılır.

Ekspertlərin fikrincə, Vladimir Putinin də taleyi Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin taleyi ilə üst-üstə düşə bilər. Çünki Yanukoviç də ölkədən qaçmaq üçün məhz Rostov şəhərini seçmişdi.

Qeyd edək ki, mart ayının 6-dan ictimaiyyət qarşısına çıxmayan Vladimir Putin haqda bir çox şayiələr dolaşır. Guya, o, Alina Kabayevadan doğulan yeni qızını görmək üçün İsveçrəyə gedib. Digər mənbə isə onun ağır xəstələndiyini deyir.

Prezidentin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov isə Putinin sağlamlığında heç bir problemin olmadığını açıqlayıb.

Onun mart ayının 10-da Yamal-Nenets muxtar dairəsinin qubernatoru Dmitri Kobılkinlə, martın 11-də Kareliya Respublikasının rəhbəri Aleksandr Xudilaynenlə, martın 12-də telefonla Ermənistan prezidenti Serj Sarkisyanla, martın 13-də isə Rusiya Ali Məhkəməsinin sədri Vyaçeslav Lebedevlə görüşünün də saxta olduğu deyilir.


Çünki bütün bunları sübut edə biləcək heç bir video görüntü yoxdur. Sadəcə prezidentin saytında həmin görüşləri özündə əks etdirən fotolar yayımlanıb. O fotoların da sonradan fotoşopla düzəldildiyi üzə çıxıb.

Xatırladaq ki, mart ayının 8-də Vladimir Putin Kremldə ölkədə tanınmış bir neçə şəxsin anaları ilə görüşüb. O görüşün də öncədən lentə alındığı bəlli olub. Yəni həmin gün Putin Kremldə heç kəslə görüşməyib.

Bu ərəfədə Putin haqda daha bir sensasion məlumat da yayıldı. Bir neçə ilginc mənbə onun İslam dinini qəbul etdiyi barədə mediaya xəbərlər ötürdü.

Hamı bilir ki, Orta Asiya ölkələrindən birinə məxsus olan "gezitter.org" saytı Kremlin razılığı olmadan belə bir məlumatı yaya bilməzdi. Deməli, rəsmi Moskvanın əsas məqsədi Putinin xəstələnmə və yeni övladının doğulması olayını digər səmtə yönəltməkdir.

Nə yayılsa da fakt odur ki, Putin son on gündür ki, ortalıqda yoxdur.
Ukrayna və Rusiya blogerləri isə yazır ki, Putin artıq devrilib, hakimiyyəti isə müdafiə naziri Sergey Şoyqu ələ keçirib...


Babək Göyüş