03:12
(077) 610-22-33

Hərbi təyyarələr əkinçiləri bombaladı

  • >
1 632 14 Mart 2015 14:41 | Dünya

Myanmaya aid hərbi təyyarə ölkənin şimalında üsyançılara qarşı əməliyyat apararkən Çin sərhədini pozub və tarlada işləyən kəndliləri bombalayıb.



Musavat.com-un məlumatına görə, bu barədə Çinin rəsmi xəbər agentliyi "Xinhua" xəbər verib. Agentliyin xəbərində bildirilib ki, hərbi təyyarə şəkər qamışı tarlasında işləyən əkinçiləri bombalayıb və nəticədə dörd əkinçi ölüb, 9 əkinçi isə yaralanıb.

Çin hərbi hava qüvvələrinin bölgədə patrul reyslərinə başladığını qeyd edilib. Agentlik həmçinin bildirib ki, Myanmanın Pekindəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və izahat tələb olunub.

Qeyd edək ki, Myanma ordusu ilə ölkənin şimalındakı "Kokang" üsyançıları arasında son həftələr toqquşmalar baş verir.
Bağla X