Serbiyada hərbi vertolyot qəzaya uğrayıb. Serbiyada hərbi vertolyot qəzaya uğrayıb.

Serbiyada vertolyot qəzası- Həkimlər və yeni doğulmuş körpə öldü

Serbiyada hərbi vertolyot qəzaya uğrayıb.


APA-nın Rusiya saytlarına istinadən verdiyi məlumata görə, təzə doğulmuş, səhhətində problemlər olan körpəni xilas etmək üçün martın 13-də havaya qalxan vertolyot Belqraddan bir necə kilometr aralıda "Tesla" hava limanında qəzaya uğrayıb.

Vertolyotda ekipajın dörd üzvü, iki həkim və yeni doğulmuş körpə olub.

Dispetçerlər vertolyotla əlaqəni cümə günü itiriblər.

Aviaqəzaya səbəbin sıx duman olduğu bildirilir.

Hadisə ilə əlaqədar Serbiya hökuməti təcili müşavirə keçirib.