17:29
(077) 610-22-33

Bu ölkənin müdafiə naziri mikrofonla lampanı səhv saldı – VİDEO

  • >
4 976 15 Mart 2015 12:03 | Dünya

Polşanın müdafiə naziri Tomaş Semonyak illik hesabatı zamanı mikrofonla masaüstü lampanı səhv salıb.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı "RİA Novosti" agentliyi yayıb.
Sosial şəbəkədə yayılan videoda görsənir ki, nazir çıxış etmək üçün tribunaya yaxınlaşaraq sənədlərin mətnini işıqlandırmaq üçün nəzərdə tutulan işıq lampasını sifətinə tərəf yönəldib və danışmağa başlayıb. Ancaq gur işıq onun çıxış etməsinə maneçilik törətməyib. Və o, hesabatını sonadək oxuyub.

Qeyd edək ki, Tomaş Semonyak Polşa Nazirlər Kabinetinin sədri Eva Kopaç tərəfindən bu vəzifəyə ötən il sentyabr ayının 22-də təyin edilib.

Ona, həmçinin Baş nazirin müavini vəzifəsi də həvalə edilib.

Bağla X