01:22
(077) 610-22-33

Qasırğa bir ölkənin paytaxtını yer üzündən sildi

  • >
3 898 15 Mart 2015 13:00 | Dünya

Olduqca güclü tropik qasırğası olan “Pem” Sakit okeandakı kiçik ada dövləti Vanautunun paytaxtı Port-Vil şəhərini praktiki olaraq yer üzündən silib.


Virtualaz.org saytı beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, qasırğanın sürəti saatda 340 kilometrə çatıb və ada dövlətinin paytaxtında binaların 90 faizi dağılıb.

Hakimiyyət fövqəladə vəziyyət elan edib, nə qədər adamın öldüyü barədə dəqiq təxminlər yoxdur. Çünki qasırğanın dağıtdığı rayonlarla əlaqə kəsilib. Bununla belə ölənlərin sayının yüzlərlə ola biləcəyi barədə ilkin təxminlər var.

Beynəlxalq Oxfam yardım təşkilatının rəsmisi bildirib ki, humantar yardıma böyük tələbat yaranacaq. Çünki bu, Sakit okeanda indiyədək baş vermiş ən güclü qasırğadır və dağıntıların miqyası olduqca böyükdür.

Qasırğanın episentri Tafea adasıdır və bu adanın sakinlərinin taleyindən xəbər yoxdur. Ümumiyyətlə, ada dövlətində tikililərin 45 faizindən çoxunun dağıldığı təxmin edilir.

Avstraliya, Yeni Zelandiya və digər qonşu ölkələrdən humanitar yüklə dolu təyyarələrin enməsi üçün aeroportun uçuş-enmə zolağı dağıntılardan təmizlənir.

Vanautu Avstraliyanın şimal-şərqində yerləşən və 83 adadan ibarət kiçik dövlətdir, əhalisinin sayı 267 min nəfərdir. Qasırğa adanı martın 14-də səhərdən başlayaraq bürüyüb.

Beşinci - ən yüksək kateqoriyaya aid edilən "Pem" qasırğası ada dövlətini bütünlüklə əhatə edib, tikililəri dağıdıb, hündürlüyü 8 metrə çatan dalğalar isə sahilləri silib-süpürüb.
Bağla X