04:26
(077) 610-22-33

Rus qoşunları tam döyüş hazırlığına gətirildi

  • >
2 395 16 Mart 2015 12:30 | Dünya

“Bu gün səhər saat 8.00-dan başlayaraq Rusiya silahlı qüvvələrinin Şimal Flotu, Qərb Hərbi Dairəsinin bir neçə birləşmələri və Hərbi-Desant qoşunları tam hərbi hazırlıq həddinə gətirilib.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "RİA Novosti" agentliyi müdafiə naziri Sergey Şoyquya istinadən yayıb.

Şoyqu belə əmrin Ali Baş Komandan Vladimir Putin tərəfindən verildiyini açıqlayıb.

Moskva şəhərinin müdafiəsini həyata keçirəm Milli Mərkəz İdarəsində çıxış edən nazir hərbi hazırlıq üçün cəlb edilən hərbçilərin və hərbi texnikaların da sayı haqda məlumat verib.

Qərara əsasən 38 min hərbçinin hərbi hazırlıq səviyyəsi yoxlanılacaq. Bunun üçün 3.36 min hərbi texnikadan (41 gəmi, 15 sualtı qayıq, 110 qırıcı təyyarə və helikopter) istifadə ediləcəyi də dəqiqləşdirilib.


Bağla X