Rusiya prezidenti Vladimir Putin mart ayının 6-dan etibarən ilk dəfə ictimaiyyət qarşısına çıxıb. Rusiya prezidenti Vladimir Putin mart ayının 6-dan etibarən ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

Putin üzə çıxdı – O, Qırğızıstan prezidentilə görüşdü (VİDEO)

Rusiya prezidenti Vladimir Putin mart ayının 6-dan etibarən ilk dəfə ictimaiyyət qarşısına çıxıb.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "RİA Novosti" agentliyi yayıb.

Məlumata görə, o, Sankt-Peterburq şəhərində Qırğızıstan prezidenti Almazbek Atambayevlə Konstantinov Sarayında görüşüb.

Görüşdə iki ölkə arasındakı əməkdaşlıqdan söz açılıb.


Bu faktı Kremlin mətbuat xidməti təsdiq edib. Mənbə bildirir ki, görüşün əsas predmeti Qırğızıstanın Avrasiya İqtisadi Birliyinə qəbul edilməsi olub.

Qeyd edək ki, Rusiya, Belarus, Qazaxıstan və Ermənistan artıq bu Birliyin üzvləridir.

Putin onun sağlamlığı haqda yayılan xəbərə də münasibət bildirib: "Dedi-qodularsız insan darıxır".

Qırğızıstan prezidenti görüşdən sonra deyib ki, Putinin sağlamlığı yaxşıdır: "Onunla birgə Sarayın ərazisini gəzdik. Maşını da özü idarə edirdi".