ABŞ-ın Yaponiyadakı səfiri Kerolayn Kennedi naməluş şəxs tərəfindən ölümlə hədələnib. ABŞ-ın Yaponiyadakı səfiri Kerolayn Kennedi naməluş şəxs tərəfindən ölümlə hədələnib.

Con Kennedinin səfir qızını öldürmək istədilər – Tokioda

ABŞ-ın Yaponiyadakı səfiri Kerolayn Kennedi naməluş şəxs tərəfindən ölümlə hədələnib.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı NHK nəşri yayıb.

Səfir xanıma təhdid ötən ay telefonla edilib. Naməlum şəxs onu öldürəcəyilə hədələyib. Hazırda Tokio polisi təhdid edən şəxsi axtarır.

Xatırladaq ki, Kerolayn 1963-cü ildə qətlə yetirilən Con Kennedinin qızıdır.


58 yaşlı xanım səfir vəzifəsinə 2013-cü ildə təyin edilib. O, gələcəkdə ABŞ prezidentliyinə Demokratik Partiyadan ən real namizəd hesab edilir.

Kerolayn Con Kennedinin sağ qalan yeganə övladıdır. Onun qardaşı Con 1999-cu ildə həlak olub. 1986-cı ildən Edvin Şlossberqlə ailə quran səfir xanımın 3 övladı var.