06:19
(077) 610-22-33

Bu kənd dünyada ilk dəfə yaradıldı

  • >
1 736 17 Mart 2015 23:48 | Dünya

Bu kiçik kənd, ekoloji təmiz yaşayış məskəninin bir modelinə çevrilə bilər.



ANS PRESS-in məlumatına görə, Madaqaskarın paytaxtından 26 km aralıda yerləşən Talata Volonondri tədricən eko-kəndə transformasiya olunur. Əsas ideya yerli təbii resurslarla yaşayış evləri tikmək, kəndin enerji mənbəyini təmin etmək və kənd təsərrüfatını stimullaşdırmaqdır.

Kəndə eyni zamanda regionun biomüxtəlifliyinin qorunması və bərpası üzrə böyük işlər görüləcək. Bu böyük təşəbbüsün arxasında Madaqaskarlı sahibkar Andri Andriancafi durur. Eko-kəndin təsisçisinə görə, yerli ailələrin yaşayışını, gələcəyini yaxşılaşdırmaq üçün onları bu kənddəki yaşayış və təsərrüfat qaydalarına öyrəşdirir, fərqli düşünməyə sövq edirlər.

Sakinlərin çoxu fermerlərdən ibarətdir. Əkinçilik və maldarlığda daha yüksək məhsuldarlıq naminə onlara müxtəlif təlimatlar verilir. Müasir suvarma sistemi sayəsində bu kənddə il boyu məhsul yığımı olur.

Su israfçılığına yol verməmək üçün burada "quru tualet" prinsipi tətbiq olunur. Sanitariya normaları qorunmaqla burada tullantılardan sonrada təbii gübrə kimi istifadə edirlər. Andri Andriancafi bu kəndi inkişaf etdirməklə BMT-nin Davamlı İnşikaf Məqsədlərinə nail olmağa və əyalətdə eko-turizm ərsəyə gətirməyə ümid edir.
Bağla X