İsrailin hazırkı Baş naziri Binyamin Netanyahu növbədənkənar keçirilən parlament seçkilərində yenidən qələbə qazanıb. İsrailin hazırkı Baş naziri Binyamin Netanyahu növbədənkənar keçirilən parlament seçkilərində yenidən qələbə qazanıb.

Netanyahu parlament seçkilərində yenidən qələbə qazandı – VİDEO

İsrailin hazırkı Baş naziri Binyamin Netanyahu növbədənkənar keçirilən parlament seçkilərində yenidən qələbə qazanıb.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Rusiyanın NTV telekanalı yayıb.

Seçkilər bitdikdən sonra Netanyahu çıxış edərək onun rəhbərlik etdiyi "Likud" partiyasının tam qələbə çaldığını elan edib:
"Vətəndaşlar bizdən onların xeyri üçün yeni islahatlar gözləyir. Biz isə onların istəklərini həyata keçirəcəyik".

Netanyahu bu sözləri Təl-Əviv şəhərində həyat yoldaşı ilə birgə gəldiyi partiyanın baş ofisində deyib.

Qeyri-rəsmi xəbərə görə "Likud" Knessetdə 29 yer alıb. İçxak Herçokun rəhbərlik etdiyi "Sionist düşərgə" isə 24 yer almağı bacarıb.

Qeyd edək ki, seçkilərin rəsmi nəticəsi mart ayının 25-də açıqlanacaq.