04:07
(077) 610-22-33

Sevgilisini elektroşokla yatızdırdı və təcavüz etdi

  • >
2 857 18 Mart 2015 15:07 | Dünya

Türkiyənin Antalya şəhərində sevgilisinə təcavüz edən şəxsə 15 il, 2 ay və 25 gün həbs cəzası verilib.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "vatan" qəzeti yayıb.

Hadisə isə 4 il əvvəl Antalyada baş verib. Mustafa Çolak adlı bir nəfər evinə apardığı 26 yaşlı keçmiş sevgilisi Ö.P.ni elektroşok cihazıyla yatızdırıb və ona təcavüz edib.

O, bütün bunları telefonla çəkdikdən sonra internetdə yayımlayıb.

Elə bu addımına görə 36 yaşlı Mustafa Çolak həbsə məhkum edilib.


Həhkəmə prosesində cinayət hadisənin bəzi məqamları da açıqlanıb.

Mustafa Çolak oteldə ofisiant işləyən Ö.P.ni evdə öncə beşbarmaqla döyüb, sonra elektroşok cihazıyla yatızdırıb və təcavüz edib.

Mobil telefonu ilə çəkdiklərini CD halına gətirən Mustafa bunu öncə qızın ailəsinə göndərib, sonra məhəllə dükanına, qapıçıya və binada oturan digər qonşularının poçt qutularına atıb.

O, bundan gözü doymayaraq görüntüləri internetdə paylaşıb. Polisə gedən Ö.P.nin şikayəti üzrə məhkəmə Mustafanın tutulması haqda qərar çıxarıb. Axtarış zamanı onun evində samuray qılıncından qandal, gizli kamera, tapança, elektroşok cihazı və başqa qadınlara aid olan porno CD-lər ələ keçirilib.

Polis o vaxt xaricə qaçan Mustafanı rus internet saytlarında tapıb. Türkiyədə gənc qıza təcavüz edərkən çəkdiyi görüntüləri rus porno saytlarına qoyan şübhəlinin Rusiyada ola biləcəyi üzərində dayanan polis İnterpola məlumat verib. İki il boyunca hər yerdə axtarılan Mustafa 2 il sonra Antalyada yaxalanıb və həbs olunub.



Bağla X